Övladları birinci sinfə gedən məşhurlar - Fotolar

Övladları birinci sinfə gedən məşhurlar -  Fotolar
23536 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün yeni dərs ilinin ilk günüdür. Bir çox şagird isə birinci sinfə yollanır.

Axşam.az xəbər verir ki, məktəblə ilk dəfə tanış olanlar arasında məşhurların da övladları yer alır.

Aparıcı Zaur və Günay Baxşəliyevaların qızı Dilavər bu il birinci sinfə yollanıb. Cütlük övladının məktəbdən fotosunu yayımlayaraq "Yolların hər zaman açıq olsun. İlk dərs ilin, dərs günün mübarək olsun" sözlərini yazıb.

Müğənni Emil Bədəlov qızı Səadəti birinci sinfə yola salıb. Səadəti ilk dərs günündə babası, Xalq artisti Firuz Əliyev də tək qoymayıb.

Müğənni Nazim Məmmədov qızı Fatiməni birinci sinfə aparıb.  Sənətçi övladına arzularını "Ağıllı qızım Fatimə, bu gündən etibarən 11 illlik bir həyat məktəbinə qədəm qoydu. İnanıram və ümid edirəm ki, Fatimə Azərbaycanımız üçün dəyərli insanlardan olacaq" sözləri ilə ifadə edib.

Müğənni Yaşar Yusub da oğlunu birinci sinfə aparan valideynlərdən olub. Övladı ilə məktəbdə çəkilən fotosunu yayımlayan ifaçı, ona uğurlar arzulayıb.

Müğənni Samir Piriyevin oğlu Nicat da birinci sinfə gedənlər sırasında yer alıb.

Aparıcı Könül Muxtarova qızı İncini birinci sinfə yola salıb.

 

Aktyor Fərda Xudaverdiyevin ikinci oğlu Mətin də bu il birinci sinfə yollanıb.

Müğənni ABD Malikin qızı bu il birinci sinfə yollanıb.