Uşaqlar üçün bir araya gəldilər - fotolar

Uşaqlar üçün bir araya gəldilər -  fotolar
630 dəfə oxunub
  • A-
  • A
  • A+

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar bayram konserti keçirilib.

Axşam.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən konsert proqramında Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Uşaqlara bayram günündə dəstək üçün tədbirə idmançılarımız Kobra Pərviz (Abdullayev), Eduard Məmmədov, karateçi Ayxan Mamayev, taekvondoçu Fəridə Əzizova qatiliblar.

Müğənnilər Niyam Salami və Rahidə Baxış balacalar üçün mahnı səsləndiriblər. İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin rəqs kollektivləri, şən klounlar müxtəlif oyun və viktorinalar təşkil ediblər.