“Yuğ” Teatrı yeni mövsümə başlayıb

“Yuğ” Teatrı yeni mövsümə başlayıb
234 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi 29-cu mövsümünü K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə açıq elan edib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şərif, musiqi tərtibatçısı isə Amid Qasımovdur. Səhnə əsərində əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edirlər.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılır.