Manaf Ağayevin oğlunun toyudur - bəydən jurnalistlərə qarşı kobudluq+fotolar

Manaf Ağayevin oğlunun toyudur -  bəydən jurnalistlərə qarşı kobudluq+fotolar
21121 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün müğənni Manaf Ağayev oğluna toy edir.

Axşam.az-ın məlumatına görə, məclis günorta saatlarında başlayıb. Tədbirə çox az sayda sənət adamı qatılıb.

“Niel" şadlıq sarayında keçirilən toyda yalnız kişilər iştirak edib və gəlin olmayıb.

M.Ağayev media nümayəndələrinin fotolar çəkməsinə bir söz deməsə də, oğlu kobud şəkildə çəkilişə mane olmağa çalışıb.

Qeyd edək ki, Ağayevin Müşviq və Elçin adlı oğulları, Səmayyə adlı qızı var.

Foto: İlqam CƏBİYEV