"Nar bağı" iki mükafat alıb

"Nar bağı" iki mükafat alıb
1510 dəfə oxunub
  • A-
  • A
  • A+
Belarusun paytaxtı Minskdə keçirilən 24-cü “Listopad” Beynəlxalq Kino festivalının nəticələri açıqlanıb.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, “Nar bağı” filminin ssenari müəllifləri - İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo “Ən yaxşı ssenari” mükafatının qalibi olublar. Bundan başqa, filmdə baş rolun ifaçısı Qurban İsmayılov əsas jürinin diplomuna layiq görülüb.

Filmi Minskdə təmsil edən Əli İsa Cabbarov bildirib ki, anşlaqla keçən film tamaşaçı reytinqi cədvəlində də bütün festival boyu ilk beşlikdə qərarlaşıb: “Nar bağı” təkcə ekspertlərinin bəyənəcəyi festival filmi olmaqla yanaşı, həm də dinindən və dilindən asılı olmayaraq tamaşaçıların ürəyinə yol tapa bilən təsirli filmdir. Nümayişdən sonra tamaşaçıların reaksiyasını görəndə buna bir daha əmin oldum”.

Festivalın proqram direktoru İqor Sukmanov isə İlqar Nəcəfin bu filmdəki üslubunu türkiyəli rejissor Nuri Bilgə Ceylanla müqayisə edib.