Musiqili Teatr bu həftə 9 tamaşa göstərəcək

Musiqili Teatr bu həftə 9 tamaşa göstərəcək
1249 dəfə oxunub
  • A-
  • A
  • A+
Musiqili Teatrda bu həftə ərzində 9 tamaşa nümayiş olunacaq.
 
Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tamaşaçılar 16, 17, 18, 19 noyabr tarixlərində saat 11.00, 12.00, 14.00, 15.00, 16.00 və 19.00-da “Hacı Qara” (M.F. Axundzadə), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Molla Nəsrəddinin beş arvadı” (İ. Sadıqov), “Bremen musiqiçiləri və Pen” (C. Barri, Qrimm qardaşları), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Düyməcik” (H.K. Andersen) tamaşalarını izləyə bilərlər.

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb.
 
Belə ki, 16, 18 Noyabr, saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”, 19 noyabr saat 14.00-da H.K. Andersenin “Düyməcik” əsəri rus dilində, həmin gün 12.00-da C. Barri, Qrimm qardaşlarının “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşası Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.
 
6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.