Bakı Şopinq Festivalı bu gün bitir

Bakı Şopinq Festivalı bu gün bitir
1246 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən hər il şopinq festivalların keçirilməsi nəzərdə tutulmuşdur. İkinci Bakı Şopinq Festivalı bu il oktyabrın 15-dən noyabrın 15-dək keçirilib.

Axşam.az-ın məlumatına görə, bir ay müddətində  müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetikanı, eləcə də digər məhsulları Bakıda yerləşən 500-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edib.

Bununla yanaşı, “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri alıb.

Festivalda paytaxtımızda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağazalar, restoranlar və digər obyektlər festivalda iştirak edib.15 oktyabr tarixində başlayan Festival bugün uğurla başa çatır.

Qeyd edək ki, festivalın nəticələri ilə bağlı ətraflı məlumatları müvafiq sorğular aparıldıqdan sonra ictimaiyyətə çatdırılacaq.