“Fidan və Qoğal” uşaqları bir araya gətirəcək

“Fidan və Qoğal” uşaqları bir araya gətirəcək
1289 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Fidan və Qoğal” adlı uşaq tamaşası təqdim ediləcək.

Axşam.az  xəbər verir ki, “YARAT Freestyle” və Bakı Uşaq Teatrının təşəbbüsü ilə nümayiş ediləcək tamaşanı balacalar Azərbaycan dilində izləyəcəklər.

5-9 yaşlı uşaqlar üçün nəzərdə tutulan səhnə əsərinin xronometrajı 50 dəqiqədir. Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanın quruluşunda hazırlanan səhnə əsərində dəcəl qızcığaz Fidana nənəsinin bişirdiyi Qoğalın başına gələn əhvalatlardan bəhs edilir.