Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək

Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
1623 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək.

Axşam.az xəbər verir ki, sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley gecəsində xalq artistləri, əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək.
 
Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın sevilən musiqilərini dinləyəcək. Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.
 
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-80 manat təşkil edir.