Ledi Qaqa 2 fərqli obrazda - fotolar

Ledi Qaqa 2 fərqli obrazda - fotolar
1380 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ledi Qaqa qastrol səfərə getdiyi Milanda paparazzilərə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı gün ərzində iki müxtəlif obrazda görünüb.

Belə ki, günorta küçələrdən birində gəzən Ledi başdan-ayağa qara geyinib. Onun əynində enli şalvar, dəridən ködəkçə, ayaqqabı olub. Qaqa geyimini qara eynək və papaqla tamamlayıb.

Axşam isə sənətçi restoranlardan birinə şam yeməyinə yollanan müğənni fərqli imicdə görüntülənib. Bardo rəngli tranparan libas geyinən Ledinin ayağında hündürdaban ayaqqabı olub.