Sevgilisindən ayrılan Sıla imicini dəyişdi - video

Sevgilisindən ayrılan Sıla imicini dəyişdi - video
2925 dəfə oxunub
  • A-
  • A
  • A+
Təxminən bir ildir eşq yaşayan və hər kəsin evlənəcəklərini düşündüyü müğənni Sıla aktyor Ahmet Kuraldan ayrıldıqdan sonra tətilə çıxıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı rəfiqəsi ilə Kapatokyaya yollanıb.

Bundan başqa, Sıla sarı saçlarını qızılıya boyayıb və daha qısa kəsdirib.

Qeyd edək ki, cütlüyün ayrılıq xəbəri müğənninin Ahmeti dostluqdan çıxarması və şəkillərini silməsindən sonra yayılıb. İddialara görə, Sılanın Can Yantırla baş-başa yemək yediyini öyrənən və qısqanclıq keçirən aktyor ifaçı ilə yollarını ayırıb.