Aprelin 12-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb.
Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında təqdim olunan, “Bəşəriyyət. Vizual səyahətə dəvət” adlı fərdi sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.