Musiqili teatrın həftəsonu repertuarı

Musiqili teatrın həftəsonu repertuarı
165 dəfə oxunub
  • A-
  • A
  • A+
Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında 5 tamaşa nümayiş olunacaq.

Teatrdan Axşam.az-a verilən məlumata görə, aprelin 13-də saat 19:00-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), aprelin 14-də saat 19:00-da "Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi), aprelin 15-də saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Teatr aprelin 14-də saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə rus xalq nağılı “Qoğalın sərgüzəştləri” və aprelin 15-də saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) tamaşası ilə gələcək.

Tamaşalara biletləri 6 manatdan başlayan qiymətlərlə mərkəzləşdirilmiş kassalardan və “Asan Xidmət” filiallarından əldə edə bilərsiniz.