Məleykə Əsədova sabah romantik sevgi yaşayacaq - Fotolar

Məleykə Əsədova sabah romantik sevgi yaşayacaq -  Fotolar
1885 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
 
Axşam.az xəbər verir ki, səhnə əsəri xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunur.
 
Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas rolları xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Əlvida Cəfərov, Hicran Nəsirova, aktyorlar  Elnar Qarayev, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Günel İmanova ifa edirlər.
 
Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.

Tamaşa aprelin 14-də saat 19:00-da oynanılacaq.