Neslihandan ərinə ad günü sürprizi - Fotolar

Neslihandan ərinə ad günü sürprizi - Fotolar
6064 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Neslihan Atagül aktyor əri Kadir Doğuluya sürpriz edib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa həyat yoldaşının 36-cı ad günü münasibətilə parti hazırlayıb. Məşhur dostlarını da gecəyə dəvət edən Neslihanın partisinə müğənni Murad Dalkılıç və sevgilisi Hande Erçel, aktyor Kaan Urgancıoğlu, Seda Güven, Erkan Kolçak Köstendil kimi tanınmışlar dəvət olunub.

Gecə boyunca birlikdə əylənən Neslihanla Kadir məkanı ayrı-ayrı avtomobillərdə tərk ediblər. Atagül isə bunu “Maşınlarımızda yer olmadı. Qonaqlarımızı yola salırıq” sözləri ilə izah edib. Doğulu isə sürprizə görə xanımına təşəkkür edib:

“Canım xanımım mənə sürpriz hazırlayıb. Onu çox sevirəm. Həyatımdakı ən gözəl hadisədir”.