"Nigar Camal Azərbaycanda sevilmir"

"Nigar Camal Azərbaycanda sevilmir"
1281 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyevlə Nigar Camal arasındakı qalmaqal böyüyüb.

Axşam.az-ın məlumatına görə, Samir Nigarın onun haqqında dediyi “Samiri tanımıram” sözlərinə olan qəzəbini gizlədə bilməyib.

Piriyev “ATV maqazin onlarla” verilişində Nigarın Azərbaycanda sevilmədiyini deyib:

“Bu qədər kanallara baxdın, bir dəfə Samir Piriyevi tanımadın? Elə oxuyanları tanıdı ki... Qeyri-səmimiliyini göstərdi. Mənim Nigar Camalı tanımamağı deməyim nə qədər səmimi olardı? Səhnədə Eldarla (müğənni Eldar Qasımov - red.) bayraqla qaçdılar, onları birinciliyə çıxardılar, sağ olsunlar. Onlardan da güclüləri - Samir Cavadzadə, Elnur Hüseynov var idi. Həmin il səhnəyə başqa müğənni çıxsa da, birinci olacaqdı. Gözəldir, şarmlıdır, amma Azərbaycanda sevilmir. Azərbaycanın Cennifer Lopesi ola bilərdi. Eqolarını kənara qoysa, uçar gedər”.