"Bu film üçün Cavad xanın ruhundan icazə istədim" - xalq artisti

"Bu film üçün Cavad xanın ruhundan icazə istədim" - xalq artisti
382 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nurəddin Mehdixanlı "Cavad xan" filminin çəkilişləri barədə danışıb.

Axşam.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, sənətkar çəkilişlərdən öncə Gəncəyə gedərək, Cavad xanın məqbərəsini ziyarət edib və onun ruhundan izn istəyib:

"Dedim ki, izn ver, səni yenidən tariximizə qaytaraq. Mistik görünsə də, çəkilişlərdə Cavad xanın ruhunu hiss edirdim. İstənilən tarixi obrazı canlandırarkən həmin dövrü, epoxanı, ab-havanı öyrənməlisən".

Xalq artisti aktyorun yaratdığını Allahın yaratdığıyla müqayisə edib:

"Aktyorun yaratdıqları Allahın yaratdıqlarına oxşayır və hətta deyərdim ki, eynidir. Çünki aktyorun da yaratdığının əlləri, ayaqları, gözləri var".