Tənhalıqdan yorulanlar üçün...

Tənhalıqdan yorulanlar üçün...
1322 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq neçənci yazdır ki, sən onun peyda olmasını gözləyirsən. Gözləyirsən, o, gələcək və «salam» deyəcək. Həmin salamdan sonra düşüncələrin sevinclə dolacaq, qanında endorfin hormonu çoxalacaq, həyatın xoşbəxtliklə aşıb-daşacaq. Amma o, nədənsə yaxınlaşmır... Onu hər yerdə axtarırsan. Rəfiqələrinin sevdiyi insanın qollarında keçirtdiyi rahat, isti və sevgidolu anlarla bağlı hekayələrinə üzündə təbəssüm, qəlbində isə üzüntü ilə qulaq asırsan. Özünə hey sual verirsən: «Niyə mən tənhayam?».

Axşam.az xarici dərgilərə istinadən xəbər verir ki, tənha qalmağınızın səbəbini başqa yerdə axtarmayın, günah elə sizin özünüzdədir:

Səbəb 1. Özünü bəyənmirsən

Hər dəfə özünlə bağlı mənfi fikirlərə düşürsən, narahatsan, ürəyin titrəyir, beynində bir sual o birini əvəzləyir: «Niyə həyat bu qədər amansızdır?», «Maraqlıdır, görəsən, başqa qızlara alagöz, uzun kirpik, təbii cazibə paylananda mən harada idim?» və ya «Hansı günahıma görə Allah mənə artıq çəki və böyük qulaq verib?»...
Sən qəti olaraq özünü bəyənmirsən. İllərdir uzanıb gedən tənhalığının səbəbini mükəmməl olmamağında görürsən. Elə düşünürsən ki, oğlanlar yalnız inanılmaz dərəcədə gözəl, ağıllı və cazibədar qızları seçir. Belə çıxır ki, sənin bəxtin heç vaxt gətirməyəcək? Yadına sal: az olubmu ki, hansısa məclisdə çox yaraşıqlı bir oğlanın yanında oturmuş qıza baxıb düşünmüsən: bu cür oğlan o qızda nə tapıb?
Doğrudan da nə?
Bəlkə də bu çirkin qızda səndə olmayan bir xüsusiyyət var: özünəəminlik. İnan ki, güclü cinsin nümayəndələri həyatlarını qurmaq, gözəl bir roman yaşamaq üçün kartlarını «Wonderwoman»nin üstünə qoymurlar. Kişilərin əksəriyyəti yalnız maraqlı, mehriban, ağıllı, sirli, həyatsevər və parlaq qızların yanında olmaq istəyirlər. O, ağ dişləri və üzünə çəkdiyi tonal krem sayəsində yox, ümumi ideal görünüşü hesabına parıldayır. Oğlanları cəlb edən bu parlaqlıq - özünəəmin qızların saçdığı işıqdır. Niyə sən də onlardan biri olmayasan? Özünü sevmək üçün 10 səbəb axtar, görəcəksən, oğlanlar sənə necə diqqət yetirəcək.

Səbəb 2: Özünü pisləyirsən

«Yox- yox, - hipotetik oğlan dostun sənə yaxınlaşıb, şirniyyat və çay təklif edəndə, yalançı təbəssümlə özünü pisləyirsən - mən çox kökəm!». Sonrakı ssenarinin pauzaya ehtiyacı var. Sən onun üzünə baxıb «nə danışırsan, sən əsl düyməciksən, sənin arıqlamağa ehtiyacın yoxdur» deməsini gözləyirsən. Amma o bunu etmir, şübhəli halda, üzünə baxır. Və ya daha betər - başını yırğalayır: hə, pəhriz sənə mane olmazdı... Bu ssenari sən burnundan və qulaqlarından şikayət edəndə də, intellektual bacarığını qınayanda da təkrarlanır. Problemin təkcə özündən narazı olmağın deyil. Sadəcə, oğlanların səni həmişə tərifləməsini arzulayırsan. Sən də bu komplimentlərlə qanad açıb, uçmaq istəyirsən.
Təəssüflər olsun ki, bu da baş vermir:
Unutma ki, kişilər həmişə özünütəhqiri şirinlik və təvazökarlıq kimi qəbul etmirlər. Hamı bu fikirlərinə istədiyin reaksiyanı göstərə bilməz. Kim nə deyirsə desin, kişilər - tez inanan varlıqlardır. Əgər onun yanında tez-tez «mən çox da..», «belə də...» desən, onlar buna inanacaqlar. Oğlanlar həmişə özünə qiymət verən, güvənən, öz gücünə ayaqüstə durmağı bacaran qızları seçirlər: qadın qürurlu olmalıdır. Buna görə də oğlanların yanında özünü pisləməkdən, mənfi və bəyənmədiyin cəhətlərini qabartmaqdan əl çək. Əgər biri sənə kompliment deyirsə, ona «tərs uzunqulaq» kimi sərt reaksiya göstərməkdənsə, şirin gülümsəmə ilə cavab ver.

Səbəb 3: Sən öz rolunu oynamırsan

Üz ifadəni düzəltmək üçün məşqlər edirsən. Bu, mimik məşqlərin nəticəsində bir neçə şablon hərəkətlər qazanmısan. İndi isə bunları hadisədən asılı olaraq, dəyişə bilmirsən: oğlan salamlaşanda - laqeyid, kafini soruşanda - darıxdırıcı, teatra və ya kinoya dəvət edəndə - nifrətli üz ifadələri... Bütün bu, ifadələrlə sən sübut etməyə çalışırsan: mənə heç kim lazım deyil, mən özümə kifayət edirəm və heç kimdən asılı olmaq istəmirəm. Əslində isə içindəki hislər başqadır. Bütün tərs hərəkətlərinə səbəb isə...
Sən əminsən: kişilər çətinliklə əldə etdiklərinin qədrini bilirlər.
Sən «asan əldə edilən» olmaq istəmirsən, buna görə də nəzərəçarpan dərəcədə lazımlı şəxs rolunu oynayırsan. Qəlbini qazanmaq üçün sənə pərəstiş etməli, hər gün əldə çiçəklə hüzuruna gəlməli və sənə şeirlər həsr etməlidir. Fikirləşirsən: bunu etməyə çalışan oğlana bəlkə mərhəmət göstərərəm.
Çox nadir oğlan bütün günü sənin arxanca düşüb, ayaq basdığın torpağı öpər. Belə biri hələ dünyaya gəlməyib. Oğlanların çoxu bir neçə qıza göz qoya bilər, amma onlar qarşılıq gördüklərini seçəcəklər. Etinasızlıq gördükləri qızdan isə tez bir zamanda uzaqlaşacaqlar, bu, oyun olsa belə. Sən «bağlı sarayda, qapısında əjdaha yatan şahzadə» deyilsən. Səni xilas edəcək, bütün şıltaqlıqlarına dözəcək ağ atlı şahzadə yoxdur. Əgər bəyəndiyin oğlan sənə nəsə təklif edirsə, ona əzab verməkdənsə, normal cavab verməyə çalış.

Səbəb 4: Sən qorxursan

Uzaqdan sənə baxan oğlanın yaxınlaşmaq istədiyini görən kimi qəza siqnalların yanmağa başlayır və təlaşlanırsan: o, mənə yaxınlaşsa nə edəcəm? Bəs yaxınlaşmasa? Nə danışacam, onun komplimentlərinə necə reaksiya göstərəcəm? Dizlərimin titrəməsini necə saxlayım? Bütün bu suallar sənin beynində gündə ən azı 99 dəfə fırlanır. Bir oğlanın sənə baxdığını görəndə isə 1 saniyədə bütün bu halları yaşayırsan. Təcrübəli oğlan da bunu anlayıb, əsdiyini görüb, geri çəkilir. Ya da sən çox süni hərəkətlər edirsən. Qəlbindən gəlməyən bu hərəkətlərlə sən oğlana təsir edirsən, o da həyəcanlanmağa, nəyisə düz etmədiyindən narahat olmağa başlayır. Özünü onun dedikləri ilə maraqlanmayan biri kimi göstərirsən. Hərəkətlərin və dediklərin onun danışdığı mövzuya aid deyil. Kişilərə sənin anlaşılmayan emosiyaların altında nəyin gizləndiyini tapmaq çox çətindir. Soyuqqanlılığın və qorxaqlığın münasibət qurmaq istəmədiyinin göstəricisidir. Buna görə də oğlanlar səninlə dil tapmaqdansa, ünsiyyətcil qızları seçirlər.
Sən yenə də tənha qaldın. Sənə belə rahatdır.
Sənə kim deyir ki, tənhalıq həyat rahatlığı və xoşbəxtlikdir? Bir az gözlə, təqaüdə çıxarsan və sakit yaşayarsan. Hələ ki, gəncsən yaşamağı, həyatdan zövq almağı bacarmalısan. İndi isə həyəcanlanmaq, sevmək və sevilmək, qayğı görmək vaxtıdır. Oğlanlar yırtıcı deyil, səni dişləyib quduzlaşdırmayacaqlar. Özünü «meşəyə insan gəlib» cizgi filminin qəhrəmanları kimi aparma. Bir oğlanın sənə yaxınlaşdığını görəndə sakit reaksiya verə bilərsən.

Səbəb 5: Sənə superqəhrəman lazımdır

«Yaxşı da, Robert Pattinson olmasa da, heç olmasa Castin Timberleyk» - razılaş, sən ikinci yarını seçmək məqsədi ilə özünlə kompromisə girmisən. İstəyirsən ki, bir otaq dolusu oğlan versinlər, sən də onların arasından bir-bir seçim edəsən. Əfsuslar olsun ki, sənin üçün belə şərait yaradan olmayacaq. Görəsən, sənə yaxınlaşmaq şərəfini kim qazana bilər? Üzündə Eşton Kaçer təbəssümü olan, Timati əzələli, şahzadə Uilyam xasiyyətli oğlan arzulayırsan. Gərək bağışlayasan, çünki statistika göstərir ki, hələ bu meyarların cəmləndiyi biri doğulmayıb. Hərdən elə hiss etmisən ki, nəhayət axtardığını və xəyallarında canlandırdığını tapmısan. Amma onların heç biri sənin xəyallarını reallaşdırmayıblar. Ona görə yox ki, onlar sənin planlaşdırdığın kimi möhtəşəm olmayıblar. Sadəcə, əvvəlcədən anladılar ki, sənin xəyalında yaratdığın oğlan potensialına uyğun deyillər və onlar nə etsələr də həmin pilləyə çata bilməyəcəklər. Çünki istəklərini söhbət zamanı açıq-aşkar görmək mümkündür.

Sən də tənhalıqda superqəhrəmanını gözləməyə davam edirsən...
Başqalarına «sən beləsən», «eləsən», «bu səndə çatışmır» deməkdənsə, fikirləş: özün kifayət qədər mükəmməlsən? Yadına sal ki, bütün kişilərin heyran olduğu gözəlçə Ancelina Coli belə xəyanətə uğrayıb. Və unutma ki, gözəl oğlanı əldə saxlamaq, o qədər də asan iş deyil. Bu, sənə çox problemlər yaşadacaq. Buna görə də səviyyə axtarışına çıxmaqdansa, oğlanlara şans ver. Bəlkə də onlar arasında qəlbini qazanacaq gözəl xasiyyətli biri oldu.

Səbəb 6: Yalnız səni bəyənməyənləri xoşlayırsan...

Sən onun baxışları ilə görüşdün - əlçatmaz, böyük, yaraşıqlı... həmin an vuruldun. Bu baxışlarda qarşılıq görməyəndə isə ona olan məhəbbətin daha da artdı. Bir müddətdən sonra o da sənə diqqət etməyə başlayır, görüşə dəvət edir və hər şeyin yalan olmadığını izah etməyə çalışır. Ona olan marağını yavaş-yavaş itirirsən. İzah etməyə çalışırsan ki, bu xoşagəlməz anlaşılmazlıqdır. Bu hal dəfələrlə təkrarlanır: təsadüfü baxışlar... Özün də bu vəziyyətdən narahatsan, amma nə etməli: oğlanlar səni əlçatan olana qədər maraqlandırırlar. Hədəfin sənə yaxınlaşdığını görəndə isə başqa məsafəyə göz qoymağa başlayırsan.

Bu cür macəralar həyatında tez-tez və fərqli səbəblərdən baş verir.
Kimisə sevməyə özünü məcbur edirsən, sonra isə qorxursan və qaçmağa başlayırsan.
Ya qəlb ovçusu olmaqdan xoşun gəlir, ya da hədəfə çətinliklə çatmaq sənə zövq verir. Amma bu cür hərəkətlər həqiqi sevgidən uzaqdır: nə vaxtsa qarşına qismətin, həqiqi sevdiyin çıxacaq. Sənsə bu şıltaqlığın ucbatından ona «yox» deyəcəksən. Əgər ömrünün sonuna kimi tənha yaşamaq istəmirsənsə, səni həqiqətən sevən insanı incitmə.

Səbəb 7: Heç vaxt

Bəli, sənin sevgilin yoxdur. Başqa sevgilisi olmayan və buna görə 24 saat əzab çəkən qızlardan fərqli olaraq, tənhalığınla bağlı gün ərzində ən çox 5 dəqiqə fikirləşirsən. Düzdür, hərdən də içində başını sevdiyin insanın çiyninə qoyub, yanında olduğunu hiss etmək istəyirsən. Amma bu, elə  istək olaraq qalır... sən oxuyursan, işləyirsən, kursa gedirsən, idmanla məşğul olursan. Bəs niyə tənhasan? Problem hələ də qarşına yaxşı oğlanın çıxmamasında deyil. Əksinə, ondan çoxdur: hər yerdə və tez-tez...
Təkcə sənin beynində yoxdur.
Sənə marağı olan oğlanlar da bunu çox gözəl başa düşürlər, elə buna görə də həndəvərində hərlənmirlər. Axı heç bir oğlan qızın beynində fındıq qədər bir yerdə olmağı arzulamır.
Əgər bu hal uzun müddət davam etsə, çətin ki həyatında bundan sonra da kimsə ola. Əmin ol ki, həyatında ona yer ayıran kimi, ağ atlı şahzadən səni çox gözləməyə qoymayacaq.

Səbəb 8: Sadəcə, dostsan
Tanıdığın bütün oğlanlardan soruşsan hamı bir səslə deyəcək - sən supersən! Amma münasibətdən söz salsan, fikirlər dəyişəcək: «Yoox! O ki dostdur». Oğlanlar üçün sən doğrudan da çox dəyərlisən: o, sənə inanır, kişilər kompaniyasında varlığın hamını sevindirir, hətta o, səni çox istəyir, səni görəndə «qardaşım» deyir... oyunlar oynaya biləcək, konsertə gedəcək bir dost kimi. Bütün sirlərini sənlə bölüşür, təkcə bir şeyi gizlədir - o da şəxsi həyatı ilə bağlı məsələlərdir. Sən oğlanlar üçün dost fiqurusan.
Bunun səbəbini anlayana kimi də belə qalacaqsan.
Oğlan qızları sevir, çünki bu qızlar başqadır: anlaşılmaz, qəribə, sirli, əvəzolunmaz. Sənsə onlar üçün bütün bu amillərin əksisən. Buna görə də onlara maraqlı deyilsən. Burada sənə rola girmək lazım gələcək. Özünü bir az əzizlə, nazlan, onları başa düşməyən biri kimi göstər. Görəcəksən, sənin də arxanca qaçan az olmayacaq. Bundan sonra yalnız seçim lazımdır. Bunu da sən etməlisən...

Səbəb 9: Hələ balacasan
25 yaşın var, universiteti bitirmisən, hətta işləyirsən də. Amma bunun heç bir əhəmiyyəti yoxdur, oğlanlar səni balaca, şirin uşaq kimi görürlər. Ən pisi də odur ki, bu adi bir düşüncə deyil. Bütün bu düşüncələrə səbəb sənin təcrübəsizliyin, mülayimliyin və uşaq kimi sadəlövh olmağındır.
Heç bir oğlan kənarda durub, sənə yaxınlaşmaq üçün böyüməyini gözləməyəcək.
Vaxt itirməyi heç sevməyən oğlanlar başqa, daha təcrübəli bir xanımla münasibət qurmaq arzusundadırlar. Buna görə üzülməyə dəyməz. Uşaqlıq keçib gedəcək bir mərhələdir. Amma bunu tezləşdirmək sənin əlindədir.

Səbəb 10: Həddindən artıq yaxşısan
Əlasan, istedadlısan, gözəllik müsabiqəsində qalib olursan, əcnəbi dilləri bilirsən, voleybol komandasının üzvüsən, hərdən mahnı da oxuyursan, bir sözlə, sən əvəzolunmazsan. Bütün kompaniyalarda arzulanan simasan. Çox təəccüblü olsa da sənin də sevgilin yoxdur. Halını düşünüb, bir nəticəyə gəlmək istəyirsən, amma nəticə yoxdur. «Oğlanlar necə də qəribədir, onlara nə lazımdır?» - öz-özünə düşünürsən. Onlara lazımdır: özünə güvənən xanım. Bu faktdır.
Hər bir oğlan sənin yanında olmaqdan şərəf duyardı.
Amma çox oğlanlar bilirlər: sən onlara uyğun deyilsən. Onlar sənə necə yaxınlaşmağın, nə danışmağın yolunu bilmirlər. Elə düşünürlər ki, səndə onlara qarşı simpatiya oyatmağı bacarmayacaqlar. Bir sözlə, sənin həddindən artıq yaxşı olmağın oğlanları qorxudur. Bu, o demək deyil ki, oğlanların xoşuna gəlmək üçün bəzi bacarıqlarından əl çəkəsən. Xoşbəxt olmaq üçün buna ehtiyac yoxdur: özün ol. Sənə layiq olan biri mütləq tapılacaq.

P.S. Əgər bu xüsusiyyətlərin heç biri səndə yoxdursa, demək, onunla görüşməyin vaxtı hələ çatmayıb. Vaxt yetişəndə bu səbəblər birlikdə olmaq üçün sizə mane olmayacaq. O, mütləq gələcək.