Niyamla Kərim birləşib Rəhimi tənqid etdi - Video

Niyamla Kərim birləşib Rəhimi tənqid etdi -  Video
1355 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Niyam Salami, Kərim Abbasov və Rəhim Rəhimli arasındakı qalmaqal bitmək bilmir.

Axşam.az-ın məlumatına görə, Niyamla Kərim barışsa da, Rəhimlə münasibətləri hələ də pisdir. Sənətçilər birləşib "Xəzər maqazin"də Rəhimlinin ünvanına sərt sözlər deyiblər.

Niyam bütün günahın R.Rəhimlidə olduğunu söyləyib:

“Sirkə nə qədər tünd olacaqsa, öz qabını çatladacaq. Vaxt gələr üz-üzə gələrik... Kim nə edir, özünə edir. Kimin hünəri çatırsa zəng edib, sözünü desin. Götürməsəydim, efirdə deyərdi”.

Kərim isə R.Rəhimli ilə maraqlanmadığını söyləyib:

“Bizim yollarımız tamam ayrıdır. Rəhim mənim maraq dairəmdə deyil. Onunla heç vaxt dost olmamışam”.