Vüqar Şixəmmədova nazirlikdə daha bir vəzifə verildi

Vüqar Şixəmmədova nazirlikdə daha bir vəzifə verildi
1676 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 14-də Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib.

Axşam.az-a nazirlikdən daxil olan məlumata görə, iclasda mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edib.

Açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin 9 nəfərdən ibarət tərkibi müəyyənləşib. Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Vüqar Şixəmmədov Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

İclasda çıxış edən Vüqar Şixəmmədov ona göstərilən etimada görə hər kəsə öz minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da həmkarlar ittifaqı olaraq əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının daha səmərəli təşkili üçün çalışacaqlar.

İclasın yekununda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev həmkarlar ittifaqının işçilərin hüquqlarının qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, hər bir işçi öz hüquqlarını bilməli, mövcud qaydaların tənzimlənməsindən xəbərdar olmalıdır:

“Həmkarlar ittifaqı kimi işçilərin fikirlərini ifadə edən belə bir qurumun fəaliyyətinin daha da gücləndirilməsi bizim üçün olduqca vacibdir. İnanıram ki, yeni seçilmiş tərkiblə yeni məsələlər, yeni ideyalar gündəmə gələcək. Kollektivdə sağlam mühitin saxlanılması, əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün daha da artırılması istiqamətində önəmli işlər görüləcək. Çünki kollektivdə sağlam mühit hər zaman işin xeyrinə olur, iş prosesinə müsbət təsir göstərir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi vacibdir”.