Fəxri adı olan aktyorlara medallar verilib - Fotolar

Fəxri adı olan aktyorlara medallar verilib - Fotolar
4881 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Prezidentinin sərəncamları ilə yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələrin təqdim edilməsi ilə bağlı sentyabrın 15-də Akademik Milli Dram Teatrının yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnəsində tədbir keçirilib.

Axşam.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın da qatıldığı tədbir Akademik Milli Dram Teatrının yeni mövsümünün açıldığı günə təsadüf edib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək 146-cı teatr mövsümünün açılması münasibətilə Akademik Milli Dram Teatrının kollektivini və fəxri ad alan yaradıcı insanları təbrik edib.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar incəsənət xadimi” və “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.

Fəxri ad alanlar çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.