Məşhurlar Bakıda keçirilən yubiley konsertində - Fotolar

Məşhurlar Bakıda keçirilən yubiley konsertində - Fotolar
3930 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçirilib.

Axşam.az xəbər verir ki, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edib.

Konsert proqramında vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunub.

Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış ediblər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupunun bir-birindən maraqlı nömrələri gecəyə xüsusi rəng qatıb.

Sonda Mərkəzin parkında atəşfəşanlıq olub.

Konserti paytaxt sakinləri və qonaqlar həm də Dənizkənarı Milli Parkda monitordan izləyə biliblər.