Anası Aleyna Tilkini axtarır

Anası Aleyna Tilkini axtarır
2321 dəfə oxunub
  • A-
  • A
  • A+

Aleyna Tilkinin anası Havva Tilki sosial şəbəkədə qızının itdiyi ilə bağlı status paylaşıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Tilki Emrah Karadumana əsəbiləşmiş və onun ünvanına sərt sözlər işlətmişdi. Bunun ardından isə ifaçının anası sosial şəbəkədə canlı yayıma qoşulub və onun yox olduğunu bildirib.

O, "Əlinizin, dilinizin bir az qayğısına qalın" sözlərini deyib.

Bundan sonra isə Aleyna Tilki anasının açıqlamasını təkzib edib və itmədiyini bildirib:

“İnsanlar ağlaya bilməz? Qəlbləri qırıla bilməz? Elə bil zarafatdır. İtməmişəm. İndi evimdə və otağımdayam".