Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" kömək istədi - Video

Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" kömək istədi - Video
5999 dəfə oxunub
  • A-
  • A
  • A+
Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva kömək üçün imkanlı şəxslərə müraciət edib.

Axşam.az-ın Xeberci.az-a istinadən xməlumatına görə, aktrisanın ayağından 38 limfa vəzisi götürüldüyü üçün o, işləmə qabiliyyətini itirib:

"İpoteka ilə ev götürmüşəm. 2 ilini ödəmişəm, 18 ilim qalıb. Mən də bir il işləyə bilməyəcəm. Böyük bir yükün altına girirəm. Ayağımdan 38 limfa vəzisi götürülüb, 37-sindən heç nə çıxmadı, amma birində bədxassəli şiş var. Ximiyalarımı alaram. İnşaAllah yaxşı olar. Müayinələrim davam edir".

"Toppuş bacı"ya ilk yardım əlini şairə Nazilə Səfərli uzadıb. O, aktrisaya bildirib ki, bundan sonra getdiyi bütün xınayaxdı mərasimlərinə onu da özü ilə aparacaq və beləliklə sənətçi çörək pulu qazanmış olacaq.