“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi metroda insanlara paylanıb

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi metroda insanlara paylanıb
202 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 8-də metronun “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarının giriş və çıxışlarında “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi paylanılıb.

Axşam.az xəbər verir ki, layihə Mədəniyyət Nazirliyi və “ASAN Könüllüləri" təşkilatının dəstəyi ilə həyata keçirilib.

Paytaxtın mədəni həyatını özündə təcəssüm etdirən nəşr maraqla qarşılanıb. Sakinlər onları maraqlandıran suallarla nazirliyin nümayəndələrinə və “ASAN Könüllüləri”nə müraciət ediblər.

Qeyd edək ki, günün birinci yarısında “Mədəniyyət+Afişa” 1 saylı “ASAN Xidmət” mərkəzində pulsuz olaraq paylanılıb.

“Afişa”  əlavəsində Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur.