"Elzaya görə İnstaqramda bütün müğənniləri sildim" - Xatirə

"Elzaya görə İnstaqramda bütün müğənniləri sildim" -  Xatirə
2577 dəfə oxunub
  • A-
  • A
  • A+
"Müğənni olmasaydım, vizajist olardım. Çünki mən peşəkarlardan dərs almışam. Ərim müğənnilik etməyi qoyur, yəqin vizajistliyə də icazə verərdi".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam "X maqazin" verilişində deyib. Sənətçi vizajistliyi bacardığını deyib.

Xatirə son günlər gündəmdən düşməyən müğənnilərdən danışıb və onların səsi olmadığını deyib:

"İndi səsi olmayan sənətçilər var ki, gündəmdədir. Müştəri başa düşmür ki, səsi var, ya yoxdur. Gündəmdədirsə, demək, məclisə çağırmaq lazımdır.

Bizdə sənətə qiymət verilmir. Onun əynindəki brendlərə, məclisə gəldikləri maşına baxırlar. Ona görə də təzə gələn müğənnilər yanına iki-üç köməkçi götürür, məclisə birinci onlar girir. Onlara hörmət qoyurlar, demək, insanları elə aldatmaq lazımdır. Baxırsan imkanlı adama, toyuna çağırdığını görürsən. Deyirsən, bu adam buna qulaq asır?".

Müğənni telefonuna özü cavab verməyən sənətçiləri qınayıb:

"Ulduzluq sevdasıdır... Biz onu bir vaxtlar yaşayıb qurtarmışıq. Yüksək sənəti olan insanlar o şeylərə getmirlər". 

İfaçı sosial şəbəkədə izlədiyi məşhurların adların açıqlayıb:

"Əvvəl Elza Seyidcahanı izləyirdim. Onun təbii dişlərindən və kirpiklərindən xoşum gəlir. Bir gün oyandım ki, birdəfəyə yüz foto qoyub. Götürüb bütün məşhurları izləmədən sildim. İndi iyirmiyə yaxın insan izləyirəm".