Aleyna 84 yaşlı Hollivud ulduzuna bənzədildi

Aleyna 84 yaşlı Hollivud ulduzuna bənzədildi
926 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc müğənni Aleyna Tilki əvvəlkilərdən fərqli olaraq bu dəfə makiyajlı halda kamera qarşısına keçib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni şəkillərini İnstaqram hesabında paylaşan Tilki 84 yaşlı aktrisa Bricit Bardota bənzədilib.

Ötən gün gecə geyimi ilə küçədə gəzən Aleyna onu tənqid edənlərə də cavab verib:

“Siz yataqdan qalxarkən olan təbii halınızı inkar edib, olmayan mənliyinizlə küçələrdə gəzəndə ayıb deyil. Amma mənim gecə geyimi ilə gəzməyim ayıbdır. O zaman həmişə buna hazıram. Gün gələr gerçək eşqi gözündə gördüyüm dilənçilər kimi geyinərəm. Hamısı işimdə mövcuddur. İçimdə tək qalan o kiçik dilənçi qız da, səhnələrdə parıldayan ulduz da mənəm. Tənqid edərək şou yaratmayın”.