Qızını 9 yaşına kimi əmizdirdi - Fotolar

Qızını 9 yaşına kimi əmizdirdi - Fotolar
3649 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyada yaşayan 4 uşaq anası Şaron Sprink açıqlaması ilə dünya gündəminə çevrilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın üçüncü övladı Şarlottanı 9 yaşına qədər əmizdirdiyini bildirib. O, ana südünü qızının istəyi ilə kəsdiyini söyləyib.

"İki uşağımı yalnız 2-3 həftə əmizdirmişəm. Amma Şarlottanın nadir xəstəliyi olduğu üçün həkimlər ona 2 il ana südü verməyimi tapşırdılar. Amma sonradan qızıma görə bu müddəti bir az daha uzatdım. 9 yaşında isə özü yavaş-yavaş ana südündən az-az içməyə başladı və tərgitdi. Şarlotda ilə aramda çox böyük bir bağlılıq var. Düşünürəm ki, bu, onu uzun illər əmizdirməyimdən irəli gəlir".