“Nar bağı” bu dəfə Polşada mükafat aldı

“Nar bağı” bu dəfə Polşada mükafat aldı
240 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nar bağı” bədii filmi Polşada keçirilən 12-ci Lublin Film Festivalının QRAN-PRİ mükafatına layiq görülüb.

Axşam.az xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyası və "Buta film" kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.