Bakı Uşaq Teatrı festivala qatılıb

Bakı Uşaq Teatrı festivala qatılıb
205 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Bilecik şəhərində 13-cü Beynəlxalq Teatr Festivalı keçirilir. Noyabrın 25-dək davam edəcək festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı təmsil edir.

Teatrdan Axşam.az-a bildirilib ki, kollektiv beynəlxalq festivala iki tamaşa - “Ağıllı tülkü” və Sevgi şimşəyi” səhnə əsərləri ilə gedib.

Noyabrın 13-də işə başlayan festivala Bakı Uşaq Teatrının “Ağıllı tülkü” tamaşası ilə start verilib. Uşaqlar üçün nəzərdə tutulan “Ağıllı tülkü” tamaşasının müəllifi və quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru, Əməkdar artist İntiqam Soltandır. Tamaşa artıq bir neçə müddətdir ki, teatrın repertuardadır və azyaşlı tamaşaçılar
tərəfindən rəğbətlə qarşılanır.

Festivalda nümayiş olunacaq daha bir tamaşa – “Sevgi şimşəyi” isə repertuara yeni daxil olub və böyüklər üçün nəzərdə tutulub.