Mirkamilin yalanı üzə çıxdı - Uşaq onun deyilmiş

Mirkamilin yalanı üzə çıxdı - Uşaq onun deyilmiş
4130 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir İnstaqramdakı paylaşımları ilə hər kəsi çaş-baş salan müğənni Mirkamil Kamilovdan xəbər var.

Axşam.az-ın 1news.az-a istinadən məlumatına görə, ifaçının izləyicilərini aldatdığı ortaya çıxıb.

Belə ki, bir neçə gün öncə Mirkamil 3 aylıq qızı olduğunu, onu hamıdan gizlətdiyini bildirib. Körpənin şəklini səhifəsində yerləşdirən sənətçi ağır xəstəliklə mübarizə apardığı dönəmdə qızını öldürmək istədiyini, amma özündən sonra yadigarının qalmasını düşünərək fikrindən daşındığını qeyd edib:

“Şükürlər olsun ki, Allah və qızım məni yenə də sizlərə qaytardı”.

Məsələ ilə bağlı xəbərlərin yayılmasından sonra özünü fotosu paylaşılan körpənin dayısı kimi təqdim edən Təyyar Bayramov adlı şəxs bunları deyib:

“Bütün bunlar yalandır. Fotodakı körpə bacımın qızıdır. Onun Mirkamilə heç bir aidiyyatı yoxdur”.
 
T. Bayramov müğənni ilə kontakt əlaqə qura bilməməsini də deyib.

Qeyd edək ki, Mirkamil beyin xərçəngindən, narkotikdən əziyyət çəkdiyini açıqlayıb. İfaçı heç vaxt ailəli olmayıb.