Məşhur aktrisa pulsuzluqdan bir həftə xəstəxanada girov saxlanılıb

Məşhur aktrisa pulsuzluqdan bir həftə xəstəxanada girov saxlanılıb
2293 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Hülya Koçyiğitin ilk qızı Gülşah Alkoçların doğumu zamanı pulsuzluqdan bir həftə xəstəxanda girov qaldığı ortaya çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisaın əri, keçmiş futbolçu Selim Soydan xəstəxana xərclərini ödəyə bilmədiyi üçün qızı və arvadı xəstəxanada saxlanılıb.

Bu barədə saytlardan birinə danışan Hülya bildirib ki, o zaman onların köməyinə qaynatası gəlib. O, xəstəxanada xərclərini verərək, gəlini və nəvəsini evə aparıb.