Rəqsanə xəstəxanaya yerləşdirilən qızından danışdı: "Çox çətindir..."

Rəqsanə xəstəxanaya yerləşdirilən qızından danışdı:  "Çox çətindir..."
3502 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova xəstəxanaya yerləşdirdiyi qızının səhhətinin yaxşı olduğunu deyib.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, artıq əkizlərinin vəziyyəti düzəlir:

"Şükür artıq hər şey yaxşıdır. Cücələrimiz özlərinə gəlirlər. İnşallah, daha da yaxşı olacaqlar. Allah xəstə olan körpə balalarımıza şəfa versin, onlara heç nə olmasın. Onların xəstə olduğunu görmək çox çətindir".

Qeyd edək ki, əkiz uşaqlara hamilə olan Rəqsanə övladlarını 7 ayı tamam olmamış dünyaya gətirib. Onun övladları şüşə altında saxlanılırdı. İfaçı oğluna Muhammed, qızına Mehrimah adını qoyub. Bir neçə gün əvvəl o, evə apardığı qızının gecə saat 3-də halı pisləşdiyini və yenidən xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Oğlu isə hələ də xəstəxanada saxlanılır.

Rəqsanənin əkizləri ikinci nikahından doğulub. İfaçı əri Fazil bəylə birlikdə Rusiyada yaşayır. Sənətçinin Aysu və Yağmur adlı iki övladı da var.