Qatığın dəriyə faydaları

Qatığın dəriyə faydaları
2891 dəfə oxunub
  • A-
  • A
  • A+

Qara nöqtə, sızanaqlar, solğun dəri və qırışlar üçün qatığın məsləhət görüldüyünü yəqin ki daha öncə də eşitmisiniz.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun səbəbi qatığın dəri üçün faydalı vitamin və minerallar baxımından zəngin olmasıdır.

Qatığın tərkibində olan vitamin, mineral və digər komponentlərin dəriyə faydaları bunlardır:

B2 Vitamini - Dəri hüceyrələrinin yenilənməsinə köməkçi olur. Dərini nəmləndirərək quruluq səbəbindən yaranan qabıqların qarşısını alır və həssaslığı azaldır. Qocalmanın dəri üzərindəki təsirlərini sürətləndirən sərbəst radikallardan qoruyur.

B12 Vitamini - Dərinin hamar görünməsini təmin edir. Günəş ləkələri və sızanaq izlərini yüngülləşdirir. Dəri tonunu nizamlayır.

B5 Vitamini - Solğun dərilərə təbii bir parlaqlıq verir. Dəri bəyazladıcı xüsusiyəti vardır və ləkələrin aparılmasında köməkçi olur.

Kalsium - Dərini qidalandırır və ümumi görünüşünü yaxşılaşdırır.

Sink - Yaşlanmanın təsirlərini yavaşladır.