Ölmüş ərinin döyməli dərisindən çərçivə düzəltdirib evdən asdı - Fotolar

Ölmüş ərinin döyməli dərisindən çərçivə düzəltdirib evdən asdı - Fotolar
3074 dəfə oxunub
  • A-
  • A
  • A+
Çeril Venzel adlı qadın etdiyi hərəkətlə gündəmə çevrilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölmüş əri Kris Venselin dövməli bədənindən çərçivə düzəldərək onu evin divarına asıb.

Buna səbəb isə döymə ustası olan Krisin sənətinin nəsildən-nəsilə ötürülməsini istəməsi olub. O, arvadına "Bir gün ölərsəm, dərimi soyub, ondan çərçivə düzəltdirərsən" deyib.

Ərinin arzusu başda Çerilə qəribə görülsə də, amma o, sonda Krisin arzusunu yerinə yetirməyə qərar verir. Bir şirkətlə danışan qadın ərinin dərisindən çərçivə hazırlatdırır və onu evindən asır.