"Bir az dincəl, Elza" - Kərim yenə söz atdı

"Bir az dincəl, Elza" -  Kərim yenə söz atdı
1177 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahanla müğənni Kərim Abbasov arasında yaşanan qalmaqal daha da böyüyüb.

Axşam.az-ın məlumatına görə, Seyidcahanın Kərim olan verilişə gəlməməsi qarşı tərəfi özündən çıxarıb.

“Hər şey daxil” proqramında Kərim Elzanı tənqid etsə də, ürəyi soyumayıb. Belə ki, o, İnstaqram hesabında mərhum xalq artisti İlhamə Quliyevanın Seyidcahanın ünvanına dediyi təhqirləri paylaşaraq bu sözləri yazıb:

"Oxumağın bərbad, şairliyin isə fəlakət". Bu sözləri mən yox, sənətkar deyib. Bir az dincəlin, Elza. Allah bilib niyə dəvəyə qanad verməyib".