Qışda üşütməmək üçün bunları edin

Qışda üşütməmək üçün bunları edin
1861 dəfə oxunub
  • A-
  • A
  • A+
Havaların soyuması imunitet sistemimizin zəifləməsi və tez-tez xəstlənməyimizə səbəb olur.

Axşam.az xarici mediaya istinadən soyuq havalarda üşütməmək üçün lazım olan məsləhətləri təqdim edir:

1. Hər kəsin bildiyi kimi, şəkərli qidalar bədən temperaturumuzu yüksəldir, çünki enerji mənbəyidir, amma çoxlu şəkər də yemək olmaz. Nəticədə qanda şəkərin miqdarı artar, tez-tez acıyarıq, tez-tez də yemək yemək çəkinin artımına səbəb olar. Buna görə, şəkəri əvəz edən qidalar - kök, balqabaq qəbul edin.

2. Acı bibər, qara istiot, yaşıl çay, darçın, zəncəfil kimi ədviyyatlar da bədən temperaturunuzun qalxmasına, üşüməməyinizə kömək edə bilər.

3. Meyvələrin də orqanizmaya fadaları çoxdur. Onlar ürək xəstəliklərindən , xərçəngdən qoruyur, imunitet sistemini gücləndirir. Lakin meyvələri çox yemək də ziyandır. Belə ki, meyvələrdn aldığımız çox miqdarda şəkər qaraciyərin yağlanmasına, çəki artımına səbəb olur. Ona görə qadınlar gün ərzində 2, kişilər isə 3 meyvə yeyə bilər.

4. Mövsümə uyğun geyinmək əsas şərtlərdən biridir. Qışda qapalı və tünd, yayda isə açıq rəngli geyimlərə üstünlük verin. Əsasən baş və ayağınızı isti saxlayın.

5. Bədəninizin temperaturunu yüksəldən digər amil idmandMüntəzəm olaraq idmanla məşğul olmaq sizi daha sağlam edər.