Evinizdə daim hüzurun olmasını istəyirsinizsə, aşağıdakı aksessuarlardan istifadə edə bilərsiniz. Axşam.az xarici KİV-ə istinadən evinizə şans gətirəcək əşyaları təqdim edir:
Göz muncuğu - Sizi bəd nəzərdən qorumaqla yanaşı, səbrinizi də çoxaldacaq.
Fil - uğur, güc, şans, dözümlülük simvoludur. Böyükdən kiçiyə doğru sıralanmış 7 filin isə evə ruzi-bərəkət gətirdiyi bildirilir.
Tısbağa - uzun ömür və uğuru təmsil edən bu aksessuarpı yhəm ev, həm də ofisinizdə saxlaya bilərsiniz.
Nar - bərəkət və bolluq rəmzi kimi evdə saxlanılması məsləhətdir.
Mələk heykəllər - həm aksessuar kimi evə gözəllik verir, həm də evə şans gətirdiyi deyilir.