Aparıcı Zümrüd Bədəlova arxiv fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, fotoda xalq artisti Aygün Kazımova, türkiyəli ifaçı Ebru Gündeş yer alıb.
2001-ci ildə lentə alınan fotoda Kazımova makiyajsız obyektiv qarşısına keçib.
Zümrüd şəklə "Dünən albomumu vərəqləyirdim. Çox şükür ki, o zamanlar telefon bu qədər aktiv deyildi və biz şəkil çıxartdırıb alboma yapışdırardıq. Selfiyə oxşayır, amma kamera ilə çəkilib. Digər foto isə səhər 6-da Ebrunu qarşılayarkən çəkilib" sözlərini qeyd edib.