Milli Dram Teatrının həftəsonu repertuarı

Milli Dram Teatrının həftəsonu repertuarı
304 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının həftəsonu repertuarında klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alır.

Axşam.az xəbər verir ki, teatr bu dəfə də ənənəsinə sadiq qalaraq maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Sənət ocağının səhnəsində yanvarın 24-də “Manqurt”, 25-də isə “Sinif yoldaşları” tamaşaları izləniləcək.

Bundan başqa, yanvarın 26-da “Buratino axmaqlar ölkəsində”, 27-də isə “Çipollino” və “Qətibə İnanc” tamaşaları göstəriləcək.