Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərəcək

Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərəcək
302 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, fevralın 17-də teatrın səhnəsində Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrdan Axşam.az-a bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır. Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadədir.

Tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.