"Oskar" gecəsində 15 milyonluq boyunbağını kim taxıb? - fotolar

"Oskar" gecəsində 15 milyonluq boyunbağını kim taxıb? - fotolar
3506 dəfə oxunub
  • A-
  • A
  • A+

86-cı "Oskar" gecəsində sərvət dəyərində zinət əşyaları taxan ulduzlar göz qamaşdırıb.

Axşam.az buro247.az-a istinadən həmin ulduzların fotolarını təqdim edir:

Oliviya Uayld

Aktrisa qara rəngli Valentino libasını "Lorraine Schwartz"dan ağ qızıl üzərində brilyant və nefrit daşlı sırğa ilə tamamlayıb.



 Cennifer Lourens

Ağ qızıl üzərində 100 karat ağırlığında brilyantlar və dağ bülluru ilə bəzədilmiş "Neil Lane" boyunbağısı Christian Dior libası ilə əla görünürdü. Zinət əşyasının qiyməti 2 milyon dollardır.



Culiya Roberts

Dəyirmi və konik kəsilmiş brilyantlarla bəzədilmiş "Bvlgari" sırğaları aktrisanın Givenchy libasını tamamladı.




Enn Heteuey

Cazibədar aktrisa "Neil Lane"dən ağ qızıl əsaslı brilyant sırğa taxmışdı.



Şarliz Teron

"Harry Winston"a məxsus 31 karatlıq brilyantlardan ibarət boyunbağının qiyməti 15 milyon dollardır.



Lyupita Nionqo

Prada libasını Lyupita "Fred Leighton"dan brilyant və qızıl saç bantı ilə uyğunlaşdırmışdı.



Naomi Uotts

Ağ qızıl üzərində dəyirmi kəsilmiş brilyant "Bvlgari" boyunbağı Naomiyə şahzadə obrazını yaratmağa kömək edib.