“Toppuş bacı” 19 kiloqram arıqladı

“Toppuş bacı” 19 kiloqram arıqladı
7244 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Əliyeva əməliyyatdan sonra günü-gündən arıqlayır.

Bu haqda Axşam.az-ın müxbiri ilə söhbətində “Toppuş bacı” ləqəbli aktrisa özü məlumat verib. O, bu gün tərəziyə çıxarkən 19 kiloqram arıqladığını görüb:

“Əməliyyatdan 1 ay on gün keçib. Bu gün səhər tərəziyə çıxdım, 19 kiloqram arıqladığımı gördüm. Özümü çox yüngül və rahat hiss edirəm. Düzdü, zahiri görünüşüm dəyişiklik hiss etmirəm, amma həyat yoldaşım xeyli arıqladığımı, dəyişdiyimi deyir. Hətta qarderobumda elə paltarlar var ki, artıq əynimə böyükdü. Hər xörəyi yemirəm. Həkim xüsusi pəhriz yeməkləri məsləhət görür. İnanıram ki, tədricən istədiyim çəkiyə düşəcəm”.

Xatırladaq ki, T.Əliyeva əməliyyat yolu ilə mədəsini balacalaşdırıb.