Alen Delon Fransa prezidenin keçmiş sevgilisi ilə münasibətdədir

Alen Delon Fransa prezidenin keçmiş sevgilisi ilə münasibətdədir
1711 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli aktyor Alen Delon Fransa prezidenti Fransua Ollandanın keçmiş sevgilisi ilə münasibətdədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət öncə prezidentin Valeri Trierveylerə xəyanət etməsi və bu səbəbdən sevgilisinin əsəb sisteminin pozulması nəticəsində xəstəxanada müalicə alması xəbərləri yayılmışdı.

Artıq Fransua Ollandanın vətəndaş nikahında yaşadığı həmin qadın fransız filmlərinin ulduzu Alen Delonla münasibətə başlayıb. Hətta paparatsilər də cütlüyü birlikdə görüntüləyə bilib. Küçədə qucaqlaşaraq gəzən yeni sevgililər arasında 29 yaş fərq var. Belə ki, Delonun 78, Valerinin isə 49 yaşı var. Fotolar “La Vanguardia” ispan qəzetində dərc edilib. İlkin məlumata görə, Valeri Fransua Ollandadan acıq çıxmaq üçün bu addımı atıb. Digər tərəfdən isə illər ötməsinə baxmayaraq Alen Delonun hələ də yaraşığını itirmədiyi də inkar edilmir.