Ayanın ad günündə nələr oldu? - fotolar

Ayanın ad günündə nələr oldu? - fotolar
8357 dəfə oxunub
  • A-
  • A
  • A+
Yaxınları müğənni Ayan Babakişiyevanın 25 yaşı münasibətiylə onun üçün parti təşkil edib.

Axşam.az-ın məlumatına görə, bu haqda sənətçinin mətbuat katibi xəbər verib. Növbəti gün isə A.Babakişiyeva özü qonaqlıq keçirib. Mərasimdə bəstəkar, şairə Xanım İsmayılqızı, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar Elçin İmanov, aktyor Şeyx Əbdül Mahmudbəyov iştirak edib, səbəbkar haqqında xoş arzularını dilə gətiriblər. Daha sonra Ayanla uzun illər dostluq edən tanınmış qənnadçı, “Bu bir sirdir” verilişinin aparıcısı və rəhbəri Bəhruz özünün hazırladığı tortla sənətçini təbrik edib.

Qeyd edək ki, Xanım İsmayılqızı A. Babakişiyeva ilə son illər əməkdaşlığa başlayıb. Müğənni bəstəkardan həm yaradıcılıq dəstəyi, həm doğmalıq gördüyünü, münasibətlərinin qarşılıqlı olduğunu deyir.

Baba Vəziroğlu ilə Ayan Babakişiyevanın dostluğu isə uzun illərə söykənir. Şairin, bəstəkar Kamal müəllimlə birlikdə yazdığı bir neçə mahnıya nəfəs verən Ayan Babakişiyeva bu sahədə  əməkdaşlığın davam edəcəyinə söz verib.

Elçin İmanovu mənəvi atası və ilk müəllimi adlandıran yubilyar bu gün də ondan dərs aldığını, və  bəstəkarın yeni bəstələrini səsləndirəcəyini bildirib.

Ayanın sənətinə hörmət edən Şeyx Əbdül Mahmudbəyov ona uğurlarının davam etməsini, övladına gözəl ana olmağı arzulayıb.

Xatırladaq ki, Ayan qardaşı Samir Babakişiyevlə əkizdilər. Hazırda Türkiyədə oxuyan Samir bu özəl gündə ailəsinin yanında olub.