"MTV Movie Awards"ın qalibləri məlum oldu - fotolar

"MTV Movie Awards"ın qalibləri məlum oldu - fotolar
1475 dəfə oxunub
  • A-
  • A
  • A+
"MTV Movie Awards-2014”, Hollivudun məşhur ulduzlarını qırmızı xalçadan keçirib,  libaslarını saf-çürük edəndən sonra nəhayət, qaliblərin adlarını açıqlayıb.

 Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mükafatın təqdimetmə mərasiminə Conni Depp, Mila Kunis, Mark Uolberq, Amanda Seyfrid, Kameron Diaz və başqaları qatılıb. Ənənəyə uyğun olaraq gözəl atmosferdə keçirilən mərasimdə qonaqlar bir-birindən maraqlı surprizlərlə qarşılaşıb.
"MTV Movie Awards 2014"ün qaliblərinin siyahısı:

Ən yaxşı film: “Ac oyunlar: Yanğın güclənəcək"

Ən yaxşı aktrisa: Jennifer Lourens – “Ac oyunlar: Yanğın güclənəcək"

Ən yaxşı aktyor: Joş Hatçerson - "Ac oyunlar: Yanğın güclənəcək"

İlin kəşfi: Uill Poulter - " Biz –Millerlərik"

Ən yaxşı öpüş  səhnəsi: Emma Roberts, Jennifer Eniston və Uill Poulter - "Biz – Mİllerlərik" filmi

Ən yaxşı döyüş səhnəsi: Orlando Bloom və Evangelina Lilli orklara qarşı :“Hobbit”

Ən yaxşı komik obraz: Conah Hill - "Uoll Street canavarı" Ən yaxşı transformasiya: Cared Leto - "Dallas alıcıları" klubu"

"Qorxulu filmlər" kateqoriyasında ən yaxşı performans – Bred Pit "Dünyaların müharibəsi Z"

Ən yaxşı  ekran dueti: Vin Dizel və Pol Uolker - "Forsaj 6” Ən yaxşı köynəksiz performans: - Zak Efron "Həmin naqolay an"

Ən yaxşı WTF anı: Leonardo Di Kaprio - " Uoll Street canavarı"

Ən yaxşı qəhrəman: Henri Kavil - "Polad adam” filmindəki Klark Kent roluna görə