Demet Akalından həyat yoldaşını heyrətləndirən sözlər: "Məni boşa!"

Demet Akalından həyat yoldaşını heyrətləndirən sözlər: "Məni boşa!"
2766 dəfə oxunub
  • A-
  • A
  • A+
Türk müğənnisi Demet Akalın ailə qurandan sonra uşağı olmadığına görə psixoloji problem yaşayıb.

 Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Kenan Erçetingözlə üz-üzə" proqramında danışan Demet, ilk evliliyində bu problemi hormonal müalicənin köməyi ilə həll etməyə çalışdığını, Okan Qurdla olan növbəti evliliyində süni mayalanmaya müraciət etdiyini deyib. Lakin yenə də uğursuzluqla üzləşən Demet, həyat yoldaşına “alınmır, məni boşa” desə də, Okan “sən nə danışırsan, özünə gəl” deyərək buna razı olmayıb. Və günlərin bir günü konsertə hazırlaşanda həkimi ona 5 həftəlik hamilə olduğunu xəbərini verib. Artıq Hira adlı gözəl qızları olan Demet və Okan cütlüyü "Hiranın göbək bağını nə edəcəksiniz" sualına “Nur dağındakı Hira mağarasında basdıracağıq” cavabını verib.