Azərbaycanlı iş adamının sevgilisinin gələn həftə toyudur

Azərbaycanlı iş adamının sevgilisinin gələn həftə toyudur
3771 dəfə oxunub
  • A-
  • A
  • A+
Gözlənilməz bir qərarla nişanlanan müğənni Ebru Polat gələn həftə nikah masasına oturacağını xəbər verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru  nikah mərasiminin İtaliyanın Milan şəhərində olacağını deyib. Bu barədə danışarkən “2015-ci ildə inşallah ana olaram” cümləsini işlədən müğənni, nişanlısının adını toydan sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, Ebru Polad  bir müddət əvvəl verdiyi açıqlamalarda sevgilisinin Dubayda yaşayan azərbaycanlı iş adamı olduğunu demişdi.