Məşhur cütlük övlad sahibi olacaq

 Məşhur cütlük övlad sahibi olacaq
1025 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Conni Deppin nişanlısı Ember Herdin hamilə olması ilə bağlı xəbər yayılması artıq hər kəsə məlumdur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, şayiələrə münasibət bildirməyən cütlük məlumatı inkar etməyib.

Bu günlərdə şübhələri artıracaq daha bir hadisə baş verib. Belə ki, Ellen Deceneresin şousunda qonaq olan Conni çox uşaq sahibi olmaq istədiyini dilə gətirib. Aktyor özünü gənc yaşlarındakına nisbətən daha rahat hiss etdiyini və artıq bəzi məsuliyyətlərə hazır olduğunu da vurğulayıb. Xatırladaq ki, qış aylarında mediaya münasibətlərini elan edən sevgililər artıq toy mərasiminə hazırlaşırlar.