İlkin Həsənidən lakonik cavablar

İlkin Həsənidən lakonik cavablar
1785 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkələr, texnologiya artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Televiziyadan, radiodan tanıdığımız, heç zaman görmək şansımızın olmayacağını düşündüyümüz insanları artıq sosial şəbəkələrdə çox rahat şəkildə görür, dost olur, hətta söhbət belə edə bilirik.
 
Elə, televiziyadan çox yaxşı tanıdığımız, son zamanlar dillər əzbəri olan “Bozbash pictures”in “Şəmi”si, sosial şəbəkələrdə də çox aktiv olan İlkin Həsəni Ailem.az-ın “O...” lahiyəsinin növbəti qonağı olub. “İnstagram”, “Facebook”, “Twitter” kimi sosial şəbəklərdə minlərlə izləyicisi olan və aktivliyi ilə seçilən İlkin Həsəni suallarımızı qaydaya uyğun olaraq lakonik cavablandırdı.
 
-Sevgi ya qarşılıqlı hörmət?

-Sevgi.

-Subaylıq, yoxsa evlilik?
-Evlilik.

-1 uşaq, ya çox uşaq?
-Çox uşaq.

-Qaynana, ya gəlin?
-Gəlin.

-Övlad, ya nəvə?
-Övlad.

-Tək arvadlılıq, yoxsa çoxarvadlılıq?
-Tək arvadlılıq.

-Evdə qadının, ya kişinin sözü?
-Əlbəttə ki, kişinin.

-Muğam, ya pop?
-Pop.

-Qadın, yoxsa kişi sürücü?
-Kişi.

-Evdə, yoxsa restoranda romantik yemək?
-Restoranda.

-Qışda, yoxsa yayda tətil?
-Yayda.

-Kənd, ya şəhər?
-Şəhər.

-Tamada, ya aparıcı?
-Aparıcı.

- “Bozbash pictures”, ya “Columbia pictures”?
- “Bozbash pictures”.

- Yeni il, yoxsa Novruz bayramı?
-Yeni il.

-14 fevral, yoxsa 30 iyun?
-14 fevral.

-26 iyun yoxsa, 8 mart?
-8 Mart.

-Bişirmək, ya yemək?
-Yemək!

-Pəhriz, ya nə gəldi yemək?
-Pəhriz!

-Bağışlamaq, yoxsa nifrət?
-Bağışlamaq.

-Sizin qayğınız, yoxsa sizə qayğı?
-Mənim qayğım.

-Sizin maaşınız, ya yoldaşınızın maaşı?
-Mənim maaşım.

-Hədiyyə, yoxsa bir söz yetər?
-Hədiyyə.

-Kitab, ya jurnal?
-Kitab.

-Film, yoxsa serial?
-Film.

-“Möhtəşəm yüz il”yoxsa “Kurtlar vadisi”?
-Heç biri!

-Teatr, ya kinoteatr?
-Kinoteatr.

-Sonda, olum ya ölüm?
-Olum!